İslam dünyasıXəbərlər

Avropa Müsəlman Forumu qondarma soyqırımla bağlı bəyanat yaydı – FOTO

Avropa Müsəlmanları Forumu, ABŞ Prezidenti Joe Biden’in 1915 hadisələrini “soyqırımı” kimi xarakterizə etməsinə reaksiya olaraq, “Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” kimi xarakterizə etməsi ABŞ səlahiyyətlilərinin əsas ortağı olan NATO ilə Türkiyə arasında münasibətlərə yalnız uyğunsuzluq əlavə edir. Türk və İslam dünyasında ABŞ-ın nüfuzuna zərər vurur”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Avropa Müsəlmanları Forumunun bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, bu cür addımlar Ermənistanla müsəlman qonşuları olan Türkiyə və Azərbaycan arasında sülh prosesinin qurulmasına töhfə verə bilməz.

“”Cənab Baydenin tələsik və meylli qərarı, bütün tərəflərin bir əsr əvvəl mübahisəli və qeyri-müəyyən hadisələri konstruktiv şəkildə nəzərdən keçirmə cəhdlərinə xələl gətirir”-deyə vurğulanıb.

Bildirilib ki, Avropa Müsəlman Forumu Cənubi Qafqazın geosiyasi mənzərəsini çətinləşdirən bu cür açıqlamdan təəssüflənir:

“Ümid edirik ki, belə xoşagəlməz vəziyyətdən çıxmaq üçün Ankara kifayət qədər müdrikliyə sahib olacaq. Avropa Müsəlman Forumu Qarabağ probleminin son həlli müddətində rəsmi Bakı ilə İrəvanın hər iki xalqın rifahı və dinc yanaşı yaşaması üçün razılığa gələ biləcəyini arzu edir”.

Avropa Müsəlman Forumu beyenati Avropa Müsəlman Forumu beyenati

 

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button