Aktual

Qəzzada insanlıq əleyhinə cinayət törədilir

İsrail artıq 10 gündür ki, “terroristlər əleyhinə əməliyyatlar” adı altında Qəzzada insanlıq əleyhinə cinayət kimi qiymətləndirilə biləcək hərbi əməliyyatlar keçirilir.

Dünyanın aparıсı KİV-lərinin və beynəlxalq təşkilatların ilkin məlumatına görə Qəzzada bu 10 gündə 87 mindən 100 minə qədər ev tamamilə dağıdılıb və ya yararsız hala gətirilib. Onlarla məktəb, məscid yerlə yeksan edilib, xəstəxanalar dağıdılıb. 1 milyon insan isə dayanmayan hava hücumlarından qorunmaq üçün evlərindən qaçaraq Qəzzanın cənubuna sığınmağa məcbur olublar.

Ölənlərin sayı, son xəstəxana qurbanları ilə birgə 4 minə yaxın, yaralı sayı 13 mindən çoxdur. Fələstin Səhiyyə nazirliyi hələ də dəqiq rəqəmlər səsləndirə bilmir. Lakin bildirildiyinə görə qurbanların azı 30% uşaqdır.

Heç bir terror dinc əhaliyə qarşı belə amansız qətliama əsas verə bilməz.

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button