MəqalələrNamaz

İmam Həsən Əsgəridən (ə) bir neçə hədis

Sabah, rəbiül-axır ayının 8-də, İmam Həsəh Əsgərinin mövlud günüdür. Bu münasibətlə dəyərli oxucularımızın diqqətinə İmamdan bir neçə hədis təqdim edirik.

“Kim insanlarla rəftarında təqvalı (ölçünü bilən, haqqı qoruyan) olmasa, Allaha münasibətdə də təqvalı olmaz (Allahın halal-haramına riayət etməz)”.

“Allahın zikrini, ölümü xatırlamağı, Quran oxumağı və Peyğəmbərə salavat söyləməyi artırın. Şübəsiz, Peyğəmbərə salavat söyləməyin onqat savabı var”.

“İnsanlarla xoş danışın, istər mömin olsunlar, istərsə də sizə əks mövqedə dursunlar. Möminlərlə bu cür rəftar dini vəzifədir; gərək onlarla gülər üzlü olasan. Əks cəbhədə duranlarla xoş danışmaq isə onları imana doğru cəlb etmək üçündür”.

“Mömin şəxsin, onu zillətə salan işlərə rəğbət göstərməsi nə pisdir!”

“Kədərli adamın yanında öz sevincini büruza vermək ədəbdən deyil”.

“Allahın hüzurunda şan-şərəf baxımından ən əzəmətli şəxs odur ki, öz din qardaşlarının haqqını gözəl bilir və onların ehtiyaclarını aradan qaldırmaq üçün var gücü ilə çalışır”.

“Axmaq adamın ürəyi ağzındadır, hikmətli (ağıllı) adamın isə ağzı ürəyindədir. (Yəni axmaq adam düşünmədən danışıb ürəyindəkiləri açar və özünü ifşa edər. Ağıllı adam isə demək istədiyi sözü əvvəlcə yaxşı-yaxşı düşünər)”.

“Hər kimin səciyyəsi – pərhizkarlıq, təbiəti – alicənablıq, xasiyyəti – mülayimlik olsa, dostlarının sayı çox olar”.

“Nadanı tərbiyə etmək, adətkarın adətini tərgitmək möcüzəyə bərabərdir” (yəni çox çətin işdir).

“Nemətin qədrini şükr edəndən savayı bilən olmaz. Nemətin şükrünü də arifdən savayı heç kim etməz”. (Yəni Allahı tanımaq Allaha şükr etməklə sıx bağlıdır. Əsil irfan sahibi şükrlü olar, şükr edən də mütləq nemətin qədrini bilər və bunun Allah tərəfindən olduğunu anlayar).

“Adamın belini qıran fəlakət odur ki, yaxşı iş görəndə gizlədən, pis hərəkət görəndə car şəkib yayan qonşusu olsun”.

“İnsanların ən pərhizkarı (təqvalısı) odur ki, şübhə anında durmağı bacarsın (yəni şübhəli işlərdən uzaq dursun). İnsanların ən ibadətkarı fəraizi (vacib ibadətləri) yerinə yetirən şəxsdir (yəni vacibata tam əməl etməyincə müstəhəbbata keçməyəndir). İnsanların ən zahidi haramlardan kənar duran adamdır. İnsanların ən çalışqanı isə günahları tərk edəndir”.

“Yaxşıların yaxşıları sevməsi yaxşılar üçün savabdır. Pislərin yaxşıları sevməsi yaxşılar üçün üstünlükdür. Pislərin yaxşılara ədavəti yaxşılar üçün bəzəkdir. Yaxşıların pislərə ədavəti pislər üçün rüsvayçılıqdır”.

“Hər bir izzətli adam haqqa arxa çevirsə, zəlil olar. Hər bir zəlil adam haqqa üz çevirsə, izzət qazanar”.

islam.az

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button