DünyaXəbərlər

ABŞ müsəlmanları Ramazan ayında məsciddə ibadət edirlər

Maska taxaraq və temperatur yoxlamasından keçərək məsciddə məhdud sayda insanla ibadət etmək şəraiti olan ABŞ müsəlmanları əvvəlkitək hesab edirlər ki, Ramazan ayı ərzində məsciddə ibadət edə bilmək imkanı nemətdir.

“(Builki) Ramazan hələ də (əvvəlki illərdəkindən) bit az fərqlənir”, – deyə Virciniya ştatının Aleksandriya şəhərindəki məscidin əhlindən olan Əmir Məhəmməd bildirib. O deyib ki, məhdudiyyətlərə baxmayaraq, “bu, xoşbəxtlikdir”, İslam.az az.shafaqna.com-a istinadən xəbər verir.

Folls-Çörçdə yerləşən Dar əl-Hicrə İslam Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru imam Naim Bayq də məscidlərin açılmasına görə sevinclidir.

“İnsanlar məscidin açılmasına görə sevinirlər”, – deyə o qeyd edib.

“Bu, onlara bir-birilərini görmək və birlikdə ibadət imkanı verir. Evdə olaraq birlik hissini duymaq isə mümkün deyil”, – deyə o əlavə edib.

Qeyd edək ki, keçən il Ramazan ayında ABŞ-da məscidlər pandemiya səbəbi ilə qapadılmışdı.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button