Aktual
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 13 mini ötüb
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 5500-dən çoxu uşaq və 3500-ü qadın olmaqla 13 mini ötüb.
Bu barədə Qəzza administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Həmçinin 4000-dən çoxu uşaq və qadın olmaqla, 6 mindən çox insan itkin düşüb.
Dağıdılan inzibati binaların sayı 97-yə çatıb. 262 məktəb dağıdılıb, o cümlədən 65 məktəb binası tamamilə yararsız hala düşüb.