Aktual

HƏMAS və İsrailin girovların dəyişdirilməsi barədə əldə etdikləri sazişin detalları

HAMAS və İsrailin girovları qarşılıqlı azad etməsi ilə bağlı detallar açıqlanıb.

Razılaşmanın cümə axşamı və ya cümə günü (24 və ya 25 noyabr) həyata keçiriləcəyi gözlənilir.

Qətərin vasitəçiliyi ilə imzalanan razılaşmaya əsasən, HAMAS-ın nəzarətində olan 50 israilli İsrail həbsxanalarında olan 150 fələstinli məhbusun əvəzində azad ediləcək. Razılaşma həmçinin, döyüşlərdə dörd günlük fasilə və yanacaq da daxil olmaqla humanitar yardımla dolu 300 yük maşınının Qəzzaya daxil olmasını da əhatə edir.

Razılaşma atəşkəsin uzadılmasına və hər iki tərəfin əlində olan daha çox uşaq və qadının potensial azadlığa buraxılmasına imkan verir.

İlk mərhələdə 10 israilli girovun azad ediləcəyi, bundan sonra isə fələstinli məhbusların birinci qrupunun azad ediləcəyi gözlənilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button