Qərbdə dinə münasibət
Millətləri millət edən və yaşadan ünsürlərin önündə onların dini və milli baxımdan dəyər qazanmış inancları və adət-ənənələri gəlir.
Cəmiyyətin fərdləri üçün daima güc qazanma və qürur duyma qaynağını təşkil edən bu məfhumlar, son dərəcə həssaslıqla qorunması zəruri olan əsaslardır. Hər nə şəkildə olursa olsun, onların tələf edilməsi və ya onlara laqeyd münasibət göstərilməsi nəticə etibarilə cəmiyyəti uçuruma aparar. Hətta o cəmiyyət maddi mədəniyyətin ən yüksək səviyyəsində də olsa, nəticə dəyişməz.
Tarixin müxtəlif səhifələrinə baxsaq, dövrünün ən yüksək sivilizasiyasını yaratmış, lakin mənəvi dəyərləri unudaraq arxa plana keçirdiyi üçün çökmüş neçə-neçə millətin acınacaqlı aqibətlərinin şahidi olarıq.
Tarixdə ilk referendumu keçirmiş, ən böyük memar və mühəndisləri heyrətləndirən ehramları, kimyaçıları aciz qoyan mumiyaları, Pifaqor, Platon, Solon kimi dahi mütəfəkkirlər yetişdirmiş elm ocaqları ilə dünyaya meydan oxuyan Qədim Misirin; Misir mədəniyyətini Avropaya gətirmiş, Böyük İsgəndərlə dünyanın ən böyük fəthlərini hyata keçirmiş, İliada və Odissey əsərlərini yazaraq dünya ədəbiyyatı tarixində unudulmaz bir iz qoyan Homer, kainatı tək qüvvənin idarə etdiyi iddiasını müdafiə etdiyi üçün edam edilərkən belə, öz sözündən dönməyən idealist Sokrat, Afinada yaratdığı dünyanın ilk akademiyasında həyatının sonuna qədər fəlsəfə dərsi öyrədən Platon, ensiklopedik biliyə malik olan Aristotel kimi dahilər yetişdirmiş Qədim Yunanıstanın; dünyaya böyük memari əsərlər vermiş, üç qitədə hakimiyyət qurmuş Qədim Romanın; altı əsrdən də çox bütün dünyaya hökm etmiş Osmanlı imperiyasının və daha onlarla dövlət və sivilizasiyaların çökməsi buna əyani misal ola bilər.
Qərbdə din anlayışı
Xristian millətlər və dövlət adamları ən kritik zamanlarında belə, mənsub olduqları əqidələrinə sıx bir şəkildə sarılmağı və bu yöndə hərəkət etməyi bacarırlar.
İkinci dünya müharibəsində müttəfiq qoşunların baş komandanı general Eyzenhauer, qələbə çaldıqdan sonra ABŞ prezidenti seçilmişdi. Bu hərbçi və dövlət adamı Vaşinqtonda təşkil olunmuş “Milli Xristian Birliyi”nin illik toplantısında söz almış və belə bir bəyanatla çıxış etmişdi:
– Amerika Birləşmiş Ştatları, sağlam bir dini əsasa istinad etməlidir. Bu prinsipi həmişə özümüzə əsas götürsək, başımızı həmişə dik tuta bilər və qorunacağımızdan əmin ola bilərik. Konstitusiyamızı hazırlayanlar, bu dövləti qurarkən dini etiqada əsaslnmışlardır. Qurulacaq bu yeni dövlətin bütün dünyaya örnək olmalı olduğuna və buna ancaq bu şəkildə nail ola biləcəklərinə inanmışlardır.
Qərbdə din tədrisi
Avropada ən dünyəvi dövlət olaraq tanınan Fransada keşiş hazırlayan yüzlərlə ibtidai məktəb və 94 orta məktəb vardır. Katolik ali məktəblərinin sayı isə 5-dir.
Bunları üç keşiş idarə edir. İlahiyyat fakültələrini də buraya əlavə etmək olar. Missionerlər Fransa ərazisində 65, Fransadan kənarda isə 76 qrup halında fəaliyyət göstərirlər. Fransadan kənarda 30000 (otuz min) din adamı tərəfindən idarə olunan 8000 (səkkiz min) fransız din məktəbində bir milyon yarımdan çox tələbə oxuyur. Fransız missioner təşkilatının 46000 orta məktəbində 96000 din adamı işləyir, buradakı şagirdlərin sayı isə təxminən 5 milyondur.
ABŞ-da dini təhsil verən məktəblər üç cürdür: Rəsmi məktəblər, dini qurumlar tərəfindən açılmış məktəblər və kilsə məktəbləri. Valideyn öz övladını orta məktəbə qoyarkən ona dininin öyrədilməsini istərsə, məktəbin rəhbərliyi ona ən yaxın kilsə məktəbində dinini öyrənməsinə imkan yaradır.
ABŞ-da hal-hazırda 110 ilahiyyat fakültəsi, 150 ilahiyyat litseyi vardır. Məsələn, kiçik bir qəsəbədə 500 tələbə kontingentinə sahib olan adi bir kollecdə 3 din dərsi müəllimi olur.
Vəz və nəsihətə, din dərslərinə əhəmiyyət verilməsi, kilsələrin yardım işində aktivlik göstərməsi ABŞ-da dini həyatın təşəkkül tapmasına səbəb olmuşdur. Amerikan ailəsi duasız yeməyə başlamaz, duasız yuxuya getməz.
İslama münasibət
Qərbdə 11 sentyabr məlum terrorundan sonra İslam və müsəlmanlar diqqət mərkəzinə gəlməyə başladı. Bu, bir çox yerlərdə müsəlman dedikdə yalnız bir terrorist təsəvvürü formalaşdırsa da, əslində istər ABŞ-ın, istərsə də Avropanın intellektual hissəsi tərəfindən İslamı ilkin qaynaqlarından öyrənmə həvəsi yaratdı. Məhz bu həvəs son nəticədə Avropada İslamın yayılması prosesini sürətləndirdi.
Bəzi ölkələrdə bunun qarşısını süni olaraq almaq məqsədilə bəzi iyrənc kampaniyalara (Muhəmməd peyğəmbərin karikaturalarından ibarət sərgi və s.) başlasalar da, bunun nə cür əks effekt verdiyini və söz azadlığını bəhanə gətirərək insanların dini inanclarını təhqir etməyin nə qədər yanlış bir addım olduğunu anladılar. Bu həqiqəti dərk edən dünyanın inkişaf etmiş ölkələri müsəlman cəmiyyətləri ilə münasibətlərdə bu nüansı diqqətdən qaçırmayaraq, bu sahədə kiçik bir xətanın necə problemlərə yol açacağını anlamağa başladılar.
Artıq təəccüblü deyil ki, bu günlərdə Brüssel şəhərində Avropanın islamlaşmasına etiraz olaraq anti-islamçıların keçirmək istədikləri aksiyaya şəhər meriyası icazə verməyib. Təşkilatçılar aksiyanı Ramazan ayının yaxınlaşması ilə bağlı keçirmək istəyidilər.
Belə ki,Avropanın bəzi şəhərlərinin rəhbərlikləri əhalidən Ramazan ayı boyunca kütləvi yerlərdə qida qəbul etməkdən çəkinmələrini xahiş edib və bunu müsəlmanlara hörmət əlaməti kimi izah edib. Brüssel rəhbərliyinin aksiyanın keçirilməsini qadağan etməsinin də məntiqi izahı var. Belə ki, Brüssel şəhərinin 20 faizini müsəlmanlar təşkil edir və şəhərin mərkəzində belə bir aksiya keçirilərsə, müsəlmanlarla aksiya iştirakçıları arasında problemlərin qaçınılmazlığını meriya yaxşı başa düşür.
Avqust ayının sonlarında İsveçdə də buna oxşar bir hadisə baş vermişdi. Belə ki, orada Muhəmməd peyğəmbərin karikaturalarından ibarət sərgi hazırlanmışdı. Sərgidə İslam peyğəmbərini təhqir edən illustrasiyalar yer almışdı. Lakin İsveç hökuməti məsələyə vaxtında müdaxilə edərək rüsvayçı sərginin keçirilməsini qadağan etdi.
Gördüyümüz kimi, bu gün bütün dünya İslamla daha yaxından maraqlanmağa başlayıb ki, bu, Ramazan ayının yaxınlaşması ilə daha da sürətlənib.
Artıq heç kimə sirr deyil ki, düşmənçilik və kin-küdurət kənara qoyularaq İslamı obyektiv olaraq öyrənən şəxs bu dinin nə qədər ali bir din olduğunu dərk edə bilər.
Artıq Avropanın müsəlmanlaşması sürətli hal alıb. Allahın vəd etdiyi zəfər yaxınlaşır. Günəş bu dəfə Qərbdən doğacaq.