İslam suallarda

Bəzi dini kitablarda rast gəlinən “Səqifə hadisəsi” və “Səqifə günü” ifadələrinin mənası nədir?

“Səqifə” sözünün ərəb dilindən tərcüməsi talvar, üstü bağlı yer deməkdir. İslam tarixindən bəhs edən mənbələrdə səqifə deyərkən Mədinədəki Səqifətü Bəni-Səd adlı məkan nəzərdə tutulur. Bu, Səd qəbiləsinə məxsus olan bir yer idi. Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından dərhal sonra, hətta onun dəfnindən əvvəl müsəlmanların bir qismi (əsasən Mədinənin yerli əhalisi olan ənsar) Səqifədə toplanaraq peyğəmbərin canişininin kim olması barədə müzakirəyə başladılar. Onlar Məkkədən Mədinəyə köçənlərlə (mühacirlər) Mədinənin yerıi əhalisi (ənsar) arasındakı rəqabətdən öz xeyirlərinə istifadə etmək və müsəlman icmasına rəhbərliyi ənsara vermək istəyirdilər. Bu xəbəri eşidən Əbu Bəkr, Ömər ibn Xəttab və səhabə Əbu Übeydə tələsik halda Səqifəyə gəlib seçkilərə qoşuldular. Həmin məclisdə Əbu Bəkrin xəlifəliyə namizədliyi irəli sürüldü və mühacirlərdən adıçəkilən cəmi 3 nəfərdən başqa heç kimin iştirak etməməsinə baxmayaraq Əbu Bəkr xəlifə elan edildi. İmam Əli (ə) və yanındakı bir dəstə müsəlman peyğəmbəri dəfn etməklə məşğul ikən Mədinədə sürətlə Əbu Bəkrə beyət mərasimi keçirildi, müsəlmanların bir qismi könüllü, bir qismi də məcburi şəkildə beyət etdi. Həmin hadisənin baş verdiyi günü tarix kitablarında Səqifə günü adlandırırlar. Səqifə hadisəsinə İslam məzhəblərinin münasibəti fərqlidir. Şiə məzhəbində peyğəmbərin bilavasitə və haqq canişini İmam Əli (ə) sayıldığı üçün Səqifə toplantısı və orada qəbul edilmiş qərar qeyri-qanuni hesab edilir. Əhli-sünnə məzhəbinə aid bəzi mənbələrdə də Səqifə beyətinin tam legitim və qanuni olmaması barədə müəyyən işarələr mövcuddur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button