İslam suallarda

Təqiyyə etmək icazəlidirmi və məsum imamlar təqiyyə ediblərmi?

Təqiyyə müəyyın şərtlər daxilində hamı üçün icazəli əməldir. Əgər insanın həyatı, sağlamlığı, namusu, mülkiyyəti təhlükə altına düşürsə, öz niyyətini və əqidəsini gizlətməyə icazə verilir. Əgər insan təqib olunduğunu bilirsə, özünü təhlıükədən xilas etmək üçün qarşı tərəfin əqidəsinə uyğun sözlər deyə bilər. Amma əlbəttə ki, təqiyyə adı altında başqasının haqqına təcavüz etmək, başqasına zülm etmək yolverilməzdir. Təqiyyə əsasən əqidə məsələlərində və şəriət əməllərində icazəlidir, burada da başqasının haqqına təcavüz etmək ehtimalı demək olar ki yoxdur. Hər kəs, hətta məsum imam da təqiyyə edə bilər, bunun günahı yoxdur. Məsum imamlar adətən öz canlarını deyil, tərəfdarlarının həyatını xilas etmək üçün təqiyyə edirdirlər. Məsələn, bir məclisdə oturanda əgər orada hakim xəlifənin casusunun olduğunu bilirdilərsə, digər məclis iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün Əhli-beyt əqidəsinə deyil, başqa əqidyə uyğun olan fikirlər səsləndirirdilər. Amma bir qayda olaraq, onun davranışı düzgün anlaşılsın deyə, təhlükə aradan qalxdıqdan sonra məsum imam düzgün olan fikri də insanlara çatdırır və bundan əvvəl təqiyyə ilə hərəkət etdiyini bildirirdi. Ona görə də imamlardan nəql edilən hədislərin təqiyyəyə uyğun olub-olmadığını bilmək üçün onları diqqətlə araşdırmaq lazımdır. Bu isə tədqiqatçı alimlərin, yəni hədis mütəxəssislərinin və müctəhidlərin səlahiyyətində olan məsələdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button