Fevralın 25-ə keçən gecə Bəraət gecəsidir
Şaban ayının 15-i (bu il fevralın 25-ə keçən gecə) bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – tam ayrılma deməkdir. Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar.
Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır.
Bundan əlavə Şa
ban ayının 15-i İmam Zamanın doğum günüdür. Həmin günə keçən gecəni ibadətlə keçirmək, həmin gecəni və 15-i günü qüsl almaq (günahları azaldar), çoxlu salavat demək, zikrlər etmək böyük savaba malikdir.