Aktual

Mübarək Ramazan ayı dünyaya qədəm basdı

Bu axşam yeni Ayın hilalının Cənubi Amerika və ətraf regionlarda görünməsi ilə Ramazan ayı bir çox ölkələrdə başlamış oldu.

Bu saata olan məlumata görə metodoloji olaraq Ayın dünyanın istənilən yerində görünməsi ilə Ramazan ayının başlamasını qəbul edən ölkələrdən Səudiyyə Ərəbistanı, körfəzin digər əksər ərəb ölkələri (Küveyt, Bəhreyn, BƏƏ, Qətər), Türkiyə, Misir və əksər Afrika ölkələri, Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s.), Azərbaycan, həmçinin Amerika və bir çox Avropa müsəlman icmalarında və başqa ölkələrdə Ramazan ayının 11 martdan başlanması elan olundu.

Eyni zamanda yeni Ayın hilalının regionun özündə görünməsini şərt bilən ölkələrdə – Pakistan, Malayziya, İndoneziya, İran, İraq, İordaniya, Oman, Banqladeş, həmçinin Hindistanın, Sinqapurun müsəlman icmalarında Ramazan ayının başlanması 12 marta elan olunub.

Bütün müsəlman dünyasını Ramazan ayının başlanması ilə təbrik edir, ibadət və dualarının, niyyətlərinin qəbul olmasını Allahdan təmənna edirik.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button