Fələstin xristianlarından müsəlmanlara Ramazan ehtiramı
Qəzza sektorunda yaşayan xristianlardan çoxu müqəddəs Ramazan ayında müsəlman ənənələrinə əməl edirlər.
İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, bunu Fələstin Kilsə Məsələləri üzrə Ali Prezident Komitəsinin katibi Sana Tarazi bildirib.
Ümumilikdə Qəzzada 1313 xristian yaşayır.
Onun sözlərinə görə, Ramazan “gözəl uşaqlıq xatirələrinin” ayıdır; bu ayda o, uşaq ikən axşamlar dostları ilə oynayardılar.
“Ramazan ayında bizim yemək və içmək vərdişlərimiz olduqca dəyişir. Bu zaman biz adətən nahar etmirik, yalnız axşam namazından sonra yeyirik”, – deyə Tarazi bildirib.
O deyib ki, yeməyin iyinin oruc tutanları narahat etməməsi üçün yemək bişirilməsini də axşama saxlayırlar.
Onlar həmçinin bu ay xristianlar müsəlman qonşuları ilə bir-birilərinə yemək və şirnilər hədiyyə edirlər.