Aktual

BMT: Qəzza zolağında 13 mindən çox uşaq həlak olub

BMT Qəzza zolağında öldürülən uşaqların sayını açıqlayıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel CBS TV telekanalına müsahibəsində bu barədə məlumat verib.

UNICEF rəhbərinin məlumatına əsasən, ötən ilin 7 oktyabrından indiyə qədər Qəzza zolağında yaşayan 13 mindən çox uşaq həlak olub.

Həmçinin qeyd olunub ki, əlavə minlərlə azyaşlı yaralanıb və ya binaların dağıntıları altında qalıb.

Xatırladaq ki, anklavın Səhiyyə Nazirliyi dünən yaydığı məlumata əsasən, İsrail ordusunun Qəzzada hərbi əməliyyatları nəticəsində həlak olan fələstinlilərin sayı 31 600 nəfəri keçib, 73 600 nəfərdən çox mülki şəxs isə yaralanıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button