Aktual

Bayramınız mübarək, əziz müsəlmanlar! (Yenilənib)

Hörmətli izləyicilərimiz!

Qafqaz Müsəlmanları İdarəsinin dərc etdiyi təqvimə əsasən Allahın rəhmət, bərəkət, məğfirət və bağışlanma ayı olan Mübarək Ramazan ayı başa çatdı.

İslam.az kollektivi Fitr bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edir! Rəbbimiz oruclarınızı, dualarınızı və ibadətlərinizi qəbul etsin. Allah bizə növbəti ildə Ramazan sevincini yaşamaq fürsəti versin!

Eyni zamanda nəzərinizə çatdıraq ki, Ayın hər kəsin yaşadığı coğrafiyanın üfüqündə gözlə görünməsi metodologiyasını əsas götürən müsəlmanlar üçün bayramın olub-olmaması bir qədər sonra aydınlaşacaq.

Ayın izlənməsi üzrə astronomik mərkəzlərin ilkin məlumatına görə bu axşam yeni Ayın hilalının bizim regionda da görünməsi gözlənilir və elə olsa sabah həmin metodologiyaya görə də bayram olacaq. Hər bir halda biz bu axşam yeni Ayın hilalının bizim region üçün görünüb-görünməyəcəyi barədə də əlavə məlumat verəcəyik.

Bizi izləyin, xəbərimiz yenilənəcək.

YENİLƏNMƏ:

Yeni Ayın hilalının bizim region üçün göründüyü təsdiqləndi. Seyyid Sistani daxil olmaqla müctəhidlər sabah 10 aprelin Fitr bayramı günü olduğunu elan etdilər.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button