500 metr dərinlikdə iftar
Bosniya və Herseqovinada müsəlman mədənçilər zəhmətli işlərindən sonra yerin altındaca iftarlarını açırlar.
İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, Zenitsa şəhərindəki kömür mədəninin işçiləri növbənin başlamasından öncə adbaad yoxlamasından keçirlər, daha sonra isə mədənin tunellərinə düşürlər. Mədənçilər özləri ilə 500 metr dərinlikdə iftarlarını açmaq üçün yemək paketləri götürürlər.
“Oruc tutmaq istəməyən şəxs həmişə bəhanə tapacaq. Biz üzü tərli, isti şəraitdə zəhmət çəkirik, lakin biz oruc tutmaq istəyirik və Allah da bizə bunun üçün güc verir”, – deyə mədənçi Saleh Doqloq bildirib.
Mədəndə gündüzün axşamla əvəzləndiyini hiss etmək mümkün olmadığı üçün onlar iftar vaxtını öyrənmək üçün telefonlarındakı saata baxırlar. Bir stəkan su və xurmadan sonra mədənçilərdən biri azan oxumağa başlayır, daha sonra isə onlar 2-3 nəfərlik qruplarla camaat namazı qılırlar, ardınca da təhlükəli və ağır işlərinə geri dönürlər.
Digər müsəlman mədənçi Fuad Haciç 2014-cü ildə mədən çökməsi zamanı sağ qalıb. O deyir ki, baş verən hadisə onun Allaha imanını daha da möhkəmlədib.
“Biz əminik ki, bizi Allah xilas etdi. Biz bütün bildiyimiz duaları uca səslə oxuyurduq”, – deyə Haciç xatırlayır.
“Mən eyni mədəndə 30 ildir işləyirəm və Allahın köməyi ilə həmişə oruc tuturam”, – Haciç əlavə edib.