İslam suallarda

Ərlə arvad mübahisə edərkən bir-birinə “bizimki burada bitdi”, “mən səndən ayrılıram”, “çıx get atanın evinə”, “sən mənə lazım deyilsən” kimi sözlər desələr, onların arasındakı kəbin pozulurmu?

Şəriətimizə görə həm kəbinin (dini nikahın), həm də talağın (dini boşanmanın) dəqiq şərtləri və vacib ayinləri vardır. Bu şərtlərə əməl edılməsə, nə kəbin, nə də talaq düzgün sayılmaz. Qeyd edilən ifadələr və bu qəbildən olan digər sözlər kəbinin pozulmasına və talağa səbəb olmaz. Talağın düzgün olması üçün şəriətdə nəzərdə tutulmuş formalarda, konkret ifadələrlə kişi tərəfindən söylənilməsi lazımdır. İncikliyi, narazılığı, ayrılmaq niyyətini ifadə edən fərqli kəlmələr talağı əvəz etməz. Bu cür kəlmələr hər nə qədər deyilsə də, ərlə arvadın kəbini öz qüvvəsində qalır. Talağın 2 nəfər ədalətli şahid tərəfindən təsdiq edilməsi şərtdir. Bundan əlavə, talaq 3 dəfə fərqli məclislərdə, yəni fərqli vəziyyətlərdə israrla təkrar edilməlidir ki, qüvvəyə minsin. Bunlar olmasa, talaq reallaşmaz.

Daha çox göstər
Back to top button