İslam dünyasıXəbərlər

Əl-Əqsa məscidi sionistlər tərəfindən mühasirəyə alınsa da hücum dəf edildi

Sionist yaraqlılar 10 may səhərdən etibarən müqəddəs məkanı mühasirəyə alaraq, Əl-Əqsa məscidindəki ibadət edən fələstinlilərə və oturaq aksiyalara hücum edərək, yüzlərlə insanı yaralayıb.

Deyerler.org xəbər verir ki, çoxlu sayda fələstinli sionist gəlmələrin qanunsuz girişinə və hücumlarına qarşı Əl-Əqsa məscidinin həyətlərində toplaşıblar. İşğalçı qüvvələr fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qaz, plastik güllə və səs qumbaraları ilə hücum edib.

Nəticədə Əl-Əqsa məscidində sionist gəlmələr və fələstinlilər arasında şiddətli qarşıdurmalar başlayıb.

Sionist işğalçıların hücumu nəticəsində çoxlu sayda fələstinli yaralanıb, lakin dəqiq say hələ məlum deyil.

Əl-Əqsa məscidinin direktoru Əl-Cəzirəyə verdiyi müsahibəsində belə deyib: “İşğalçılar Qiblə məscidinin səs sisteminin yerləşdiyi otağa hücum edərək, Qübbatus-Səhra məscidinin günbəzinə gözyaşardıcı qaz atdılar”.

İslami Vəqflər İdarəsi də Əl-Əqsa məscidində onlarla fələstinlinin yaralandığını və sionist işğalçıların və snayperlərin fələstinli nümayişçilərə həqiqi güllələrlə atəş açdığını bildirib.

Əl-Əqsa məscidinin içindəki həkimlərdən olan doktor Əli Əl-Cəbrini Qiblə məscidinin içərisində onlarla yaralının mühasirəyə alındığını və onlara kömək edəcək bir kimsənin olmadığını bildirib. O, Əl-Əqsa məscidinin həyətlərində 120 – 150 arasında yaralının olduğunu bildirib.

Bir neçə saat davam edən qarşıdurmada nəhayət fələstinli gənclər sionistlərin hücumunu dəf edə biliblər və sionist polis qüvvələri onların iradəsi və əzmkarlığı qarşısında geri çəkiliblər.

Bununla birlikdə, Əl-Əqsa məscidinə yaxın vaxtlarda da hücum ola biləcəyi ilə bağlı narahatlıqların olduğu bildirilərək, fələstinlilər məscidin müdafiəsi üçün səfərbər olmağa dəvət olunub. Deyerler.org

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button