İslam suallarda

“Əli süfrəsi” nədir və hansı niyyətlə qurulur?

Bəzi dini və sosial mərasimlərin xalq tərəfindən qəbul edilmiş adı olur. Bunlardan biri də Əli süfrəsidir. Milli adət-ənənəyə görə, insanlar hər hansı niyyətlə ehsan süfrəsi təşkil etdikdə, bunu bəzən Əli süfrəsi adlandırırlar. Əli süfrəsi istənilən niyyətlə qurula bilər. Məsələn, hər hansı niyyətin həyata keçməsi üçün edilən nəzir qəbul olanda, həcc, Kərbəla və ya Məşhəd ziyarətindən qayıdanda, əlamətdar dini günlərdə (bayram və mövlud günlərində) və s. Əli süfrəsi sırf ehsan niyyəti ilə təşkil edilir. Bu süfrəyə həm qohum-qonşular və tanışlar, həm də ehtiyaclı şəxslər dəvət edilə bilər. Çox zaman yeməkdən əvvəl və ya sonra ruhani dini-əxlaqi məzmunlu moizə söyləyir, rövzəxan və ya məddah çıxış edir. Məclisin bu adla adlanmasının səbəbi İmam Əlinin (ə) xalq təfəkküründə yaxşılıq, ehsan və səxavət simvolu kimi qəbul edilməsi ilə bağlı ola bilər. Qeyd edək ki, məsələn, “əl tutmaq Əlidən qalıb” kimi xalq məsəlləri də bu inancın məhculu sayıla bilər.

Daha çox göstər
Back to top button