İslam suallarda

Deyirlər ki, bəzi ariflər çətinlik zamanı Allahdan heç nə istəməyib və səbr ediblər. Bu davranış İslam təlimləri ilə uyğundurmu?

Əvvəla, insan həmişə çətinliklərin həllinin Allahdan asılı olduğunu anlamalıdır. Əgər problemin aradan qalxması onun özündən asılıdrısa, buna çalışmalı, səy göstərməli, paralel olaraq Allaha da dua etməlidir. Əgər Allahın razılığı və yardımı olmasa, heç bir çətinlik həll olmaz. Bununla belə, hər şeyi Allahın öhdəsinə buraxmaq, özündən asılı olan tədbirləri görmədən yalnız Allahdan yardım istəmək də düzgün yanaşma deyil.

İkincisi, dua yalnız Allahdan nə isə istəməklə məhdudlaşmır. Duanın məzmunu fərqli ola bilər. Allahdan hansısa dünya və axirət nemətini özü üçün istəmək, bu neməti başqası və ya başqaları üçün istəmək (xeyir-dua), nemətin kəsilməsini istəmək (bəd-dua), sadəcə olaraq Allaha şükür etmək də duanın növləridir. Bəzi ariflər düşdükləri bəlanı imtahan kimi qəbul edib səbr etmişlərsə, deməli, bu hala görə Allaha şükür etmiş sayılmışlar. Şükür də duanın bir növü olduğu üçün onların davranışında dinə zidd olan bir şey yoxdur. Əsas odur ki, insan gərək Allahdan ümidini üzməsin və onun mərhəmətindən məyus olmasın.

Daha çox göstər
Back to top button