Bitkilərin yarpağının, gülünün və meyvəsinin üzərinə səcdə etmək doğrudurmu?
Yerdən çıxan (bitən), amma yeyilməyən bitkilərin yarpağının, gülünün və meyvəsinin üzərinə namaz zamanı səcdə etmək icazəlidir. İnsanın yaşadığı bölgədə adətən yeyilməyən, amma başqa bölgələrdə yeyilən bitkilərin üzərinə səcdə etməkdən çəkinmək lazımdır. Üzüm yarpağı təzə və nazik olduğu zaman yeyilə bildiyi üçün (məsələn, dolma xörəyində) onun üzərinə səcdə etmək olmaz, amma yarpaq qalınlaşdıqdan və yeyilməyə yararsız olduqdan sonra icazəlidir. Gül və çiçək əgər yeyilmirsə, hətta dərman məqsədilə qaynadılıb suyu içilirsə də, üzərinə səcdə etmək olar. Ehtiyac yarandığı zaman hətta qoz, badam, fındıq və s.-nin çəyirdəyini sındırıb ləpəsini çıxardıqdan sonra qabığın üzərinə səcdə etmək icazəlidir. Yetişməmiş kal meyvənin üzərinə isə səcdə etmək düzgün deyil. İnsanlar tərəfindən yeyilməyən, amma heyvan yeni olan bitkilərin (saman, yonca, adi otlar) üzərinə namaz zamanı səcdə etməyin də problemi yoxdur.