İslam dünyasıXəbərlər

Quranın ən böyük əlyazma səhifəsi hazırlandı

Özbəkistanda dünyanın ən böyük əlyazma Qurani-Kərim səhifəsi hazırlanıb.

İslam.az az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, İslam Mədəniyyət Mərkəzinin direktoru Şoazim Münəvvərov deyib ki, XIV əsrdən qalma əlyazma Quran nüsxəsinin cəmi bir səhifəsindən istifadə edlib.
Onun sözlərinə görə, əlyazma dünyada ölçüsünə görə ən böyük Quran səhifəsi sayılır.

Səhifə özbək xəttat Nəcməddin Fəyyazi tərəfindən 6 aya hazırlanıb və XIV əsrə aid Quran səhifəsinin böyüdülmüş sürətidir.

Səhifə qızıl suyu ilə işlənilib. İstifadə olunan boya isə Türkiyədən gətirilib.
Bu işin Ginnesin Rekordlar Kitabına salınması istiqamətində proses başladılıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button