Həzrət Peyğəmbərdən (s) nəql olunur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni “Leylətül-Rəğaib” deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır”.
Rəcəb ayının fəzilətli başqa bir sıra aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi, yəni həftənin 4-cü günündən 5-ci gününə keçən gecə (bu il yanvarın 2-dən 3-nə keçən gecə), Leylətül-Rəğaib adlanır və bu gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir.
İslamda Rəcəb ayı haram ayların ikincisidir. Allahın bu ayında ibadət, dua, istiğfar, tövbə möminlərin üzünü daha da nurlandırır, mömin olmayanların isə qəlbinə nüfuz edərək, onların da iman nuru ilə nurlanması ilə nəticələnir.