AktualRəcəbXəbərlər

Rəğaib gecəsinin müstəhəb əməlləri

Rəcəb ayının ilk cümə axşamı günü oruc tut.

Cümə gecəsinə daxil olduğun zaman şam və xiftən namazları arasında 12 rükət namaz qıl. Bu namazın hər 2 rükətini salamla bitir.

Hər rükətdə 1 dəfə “Həmd”(Fatihə), 3 dəfə “İnna ənzəlnahu”(Qədr) və 12 dəfə “Qul huvallahu əhəd” (İxlas) oxu.

Namaz bitdikdən sonra 70 dəfə “Allahummə salli əla Muhəmməd, ən-nəbiyyil-ümmiyyi və əla alihi” de.

Sonra isə səcdəyə gedib 70 dəfə “Sübbuhu, Quddusu, Rəbbul-məlaikəti vər-Ruh” de.

Ondan sonra isə səcdədən qalxıb 70 dəfə “Rəbbi iğfirli vərhəm və təcavəz əmma təələm, innəkə əntəl-Əliyyul-Əzəm” de.

Daha sonra isə yenidən səcdəyə get, bir daha 70 dəfə “Sübbuhu, Quddusu, Rəbbul-məlaikəti vər-Ruh” dedikdən sonra Allahdan istədiyini dilə.

Daha çox göstər
Back to top button