Amnesty İnternational İsrailin hücumlarını “hərbi cinayət” adlandırdı

Amnesty İnternational (Beynәlxalq Әvf Tәşkilatı) İsrailin hücumları nәticәsindә Qәzza zolağında artan ölü sayına görә narahat olduqlarını bildirәrәk mülki vәtәndaşlara qarşı tәşkil edilәn hücumların hәrbi cinayәt olduğunu bildirib.

İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, Mәrkәzi İngiltәrәdә yerlәşәn tәşkilatdan verilәn bәyanatda deyilir: ‘‘Qәzzada artan ölü sayına görә narahatıq. Beynәlxalq Cinayәt Mәhkәmәsi İsrailin mayın 15-dә Şati qaçqın düşәrgәsinә tәşkil etdiyi hücumu araşdırmalıdır. Mülki vәtәndaşlara qarşı tәşkil edilәn hücumlar hәrbi cinayәtdir’’.

Qeyd edәk ki,İsrailin mayın 10-dan etibarən davam etdirdiyi hava hücumları nəticəsində indiyədək 58-i uşaq, 34-ü də qadın olmaqla 192 nəfər həyatını itirib, mindən çox adam da yaralanıb. Hücumlar zamanı onlarla tikili dә dağılıb.

Exit mobile version