İslam tarixindən hikmətli sözlər

Həzrət Əlinin (ə) sadiq səhabəsi və sərkərdəsi Malik Əştər xalq içində sadə geyimdə gəzər, özünü sıravi insanlardan ayırmazdı.
Bir gün kasıbyana geyinmiş Malik bazar¬dan keçəndə, satıcılardan biri onu tanıma¬yıb, üstünə xürma tumu atdı. Malik Əştər heç nə demədi, oradan keçib, məscidə getdi.
Bazardakılar satıcını danlayıb, sataşdığı adamın Malik Əştər olduğunu söylədilər. Özü¬nü itirmiş satıcı dərhal Malikin ardınca getdi və məsciddə onu tapıb ayaqlarına düşdü, bağışlanmasını istədi.
Malik ona belə dedi: «Mən sənə qarşı zər¬rə¬cə kin bəs¬ləmirəm. Məscidə də ona gö¬rə gəldim ki, na¬maz qılıb Allahdan sənin üçün əfv diləyim».
Sultan Mahmud Qəznəvi böyük sufi Şeyx Əbülhəsən Xərqaninin görüşünə gedir. Xahiş edir ki, ona nəsihət versin. Şeyx buyurur: «Günahlardan çəkin, rəiyyətin hüququnu qoru və səxavətli ol».
Sultanın: «Mənim üçün dua et», – xahişinə şeyx belə cavab verir: «Mən hər namazda möminlər üçün dua edirəm. Elə et ki, möminlərdən sayılasan və duam sənə də aid olsun».
Sultan bir kisə qızılı sufinin qabağına qo¬yub deyir: «Bunu məndən qəbul et».
Cavabında şeyx xidmətçilərə tapşırır ki, süfrə sərsinlər. Öz gündəlik yeməyi olan arpa çörəyindən götü¬rüb sultana təklif edir. Sul¬tan Mahmud çö¬rəkdən bir tikə kəsib ağzına aparır, amma yeyə bilməyib ağzından çı¬xarmalı olur.
Şeyx Əbülhəsən buyurur: «Necə ki, mə¬nim çörə¬yim sənin boğazından keçmədi, sənin də qızılların mənim boğazımdan keç¬məz. Pulunu götür».
Yəhya ibn Məaz Razinin hikmətli kəlamlarından:
«Qiymətli söz gözəl şeydir. Amma sözün mənası ondan da gözəldir. Sözə əməl etmək mənadan da yaxşı¬dır. Əməl etməyin savabı bundan daha üstündür. Bunların hamısından yaxşısı isə Allahın razılığıdır».
Əbu Səid Əbül-Xeyrin yanında bir nəfər¬dən söz salıb deyirlər: «Filankəs suyun üzə¬rində gəzir». Şeyx sakit halda cavab verir: «Nə olsun ki? Su quşları da suyun üzərində gəzir».
Başqa bir adam barəsində söyləyirlər: «Filankəs havada uçur». Şeyx sakitliyini poz¬madan buyurur: «Çətin iş deyil. Milçək də uçur». Yenə bir nəfərdən söhbət düşəndə heyranlıqla deyirlər: «Filankəs bir anda bu şəhərdən başqa şəhərə hərəkət edə bilir».
Əbu Səid cavab verir: «Şeytan da göz qırpı¬mında şərqdən vurub qərbdən çıxır. Bunların heç biri böyük iş deyil. Kişi odur ki, cəmiyyət içində durub-otursun, gününü camaatla ke¬çirsin, amma bir an da Allahı unutmasın».