İslam dünyasıXəbərlər

Səudiyyə xarici vətəndaşlara Həcc icazəsi verəcək

Bu il Səudiyyə Ərəbistanı vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da Həcc əməlini yerinə yetirə biləcəklər.

Qeyd edilir ki, bu, sərt sanitar normalar çərçivəsində mümkün olacaq.

İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, məlum qərar Həcc və Ümrə İşləri Nazirliyinin sanitar normalar, təhlükəsizlik tədbirləri və müxtəlif məhdudiyyətlər şəraitində zəvvarların gələ biləcəyini bəyan etməsindən sonra qəbul edilib.

Daha sonra isə nazirlik bildirmişdi ki, vəziyyətin inkişaf gedişatına nəzarəti davam etdirir. Konkret tədbir və planlar sonra elan ediləcək.

Xatırladaq ki, adətən Həcci 2,5 milyondan çox müsəlman yerinə yetirir. Lakin ötən il pandemiya səbəbi ilə cəmi 1000 zəvvara ziyarəti yerinə yetirməyə icazə verilmişdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button