Azərbaycan və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında ölkədə islam maliyyəsi alətlərinin tətbiqi və onun maliyyələşmə mənbələrinin diversifikasiyasındakı rolu müzakirə edilib.
Müzakirələr qurumun sədr müavini Əli Əhmədovun ICD-nin baş investisiya direktoru və bankçılıq departamentinin baş meneceri Bahaaledin Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.
Görüşdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
