İslam dünyasıXəbərlər

İranda İƏT-15 Dialoq Platformasının ikinci nazirlər görüşü başa çatıb

İranda İslam Əməkdaşlığı Təşkilatının 15-ci (İƏT-15) Dialoq Platformasının ikinci nazirlər görüşü başa çatıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin üzvü, nazir Hüseyn Simayi Səraf bildirib.

Onun sözlərinə görə, tədbir İslam ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan bəyannamənin təqdimatı ilə yekunlaşıb.

Bəyannamədə İslam dünyasında süni intellekt siyasətinin harmonizasiyası üzrə sənədin hazırlanmasında əldə olunan irəliləyiş təsvir edilib.

Məlumata görə, yekun bəyananamədə qlobal problemlərin, xüsusilə səhiyyə və tibb elmləri sahəsində həllinə üstünlük verilərək daha sıx beynəlxalq koordinasiyaya çağırış edilib.

Sənəddə süni intellektin sürətli inkişafı və qeyri-kafi investisiyalar səbəbindən texnoloji fərqin potensial artması ilə bağlı narahatlıqların ifadə olunduğu bildirilib.

Bəyannamədə həmçinin qeyd edilib ki, məhsuldarlığın artırılması üçün dinamik milli innovasiya sistemlərinin yaradılması həlledici əhəmiyyət daşıyır.

Sammit hökumət tərəfdaşlarının iştirakı ümidi ilə effektiv idarəetmə və siyasətin uzlaşdırılmasına nail olmaq üçün elmi-texniki inkişaf sahəsində daha geniş əməkdaşlığa çağırışla başa çatıb.

İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyinin beynəlxalq elmi mərkəzinin sədri Fərhad Yazdandust bildirib ki, İƏT-15 Dialoq Platformasının növbəti nazir görüşü Səudiyyə Ərəbistanında keçiriləcək.

Daha çox göstər
Back to top button