İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türk Dövlətləri Təşkilatı (TDT) arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.
“Ötən il təsərrüfat sahəsində 2.5 milyard dollarlıq xarici ticarət reallaşdırmışıq”, – deyə o əlavə edib.
Qazaxıstan Prezidenti hesab edir ki, ortaq əməkdaşlıqlar əlaqələrin genişlənməsinə böyük töhfə verir:
“Beynəlxalq layihələr həyata keçirə, elm cameəsini, tələbələri bir yerə toplaya bilərik. Türk dünyası daxilində mədəni fəaliyyətlərin də artırılmasına ehtiyac var”.
