İslam dünyasıXəbərlər
Builki Həccin ən yaşlı zəvvarının neçə yaşı var?

Builki Həcc ziyarəti dövründə ən yaşlı zəvvarın kimliyi bəlli olub.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, o, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadandır.
109 yaşlı Nenek Sambuk adlı nənə 2025-ci ilin ən yaşlı Həcc zəvvarıdır.
İndoneziyalı nənə ahıl yaşına baxmayaraq, olduqca qətiyyətlidir.
“Duam budur ki, Allah tərəfindən Həccimin qəbul edilməsidir“, – deyə ən yaşlı zəvvar qeyd edib.
O, Məkkə və Mədinə şəhərlərinin ziyarətinə qızı ilə gəlib.
Xatırladaq ki, 2024-ci ildəki Həcc zamanı ən yaşlı zəvvar 104 yaşlı iraqlı nənə Kazımiyyə Xatəm idi.