Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzinin baş icraçı direktoru Məhəmməd Zubair Muğal ilə görüşüb.
Görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.
