Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, bu günlərdə V.Feketenin 70 yaşı tamam olur.
