İslam suallarda

Həcc əməllərindəki təqsir nə deməkdir?

Təqsir ümrə və həcc mərasimlərinin vacib əməllərindən biridir. Saçın ya saqqalın, bığın tükündən bir az kəsməyə, yaxud da dırnağı qısaltmağa deyilir. Ümrəni yerinə yetirənlər səy əməlini (Mərvə və Səfa təpələri arasında iti yerişlə yeriməyi) bitirdikdən sonra təqsir etməlıdirlər (saçın nə qədər qısaldılması barədə İslam məzhəblərinin fikir ayrılığı vardır).

Həcci yerinə yetirənlər isə zilhiccə ayının 10-da (Qurban bayramı günü) qurbanlıq kəs­dikdən sonra təqsir edirlər. Təqsirdən sonra hacılar ehramdan çıxırlar və ehramın qada­ğanları aradan götürülmüş olur.

Həccə ilk dəfə gələn kişi istəsə saçını tamam qırxdıra da bilər, təqsir edə də bilər; amma saçını tamam qırxdırması daha savabdır. Qadın isə hər iki halda – həm birinci, həm də növbəti həcc ziyarətində – təqsir etməlidir (saçından və dırnağından bir az kəsməlidir).

Daha çox göstər
Back to top button