Daha bir şirkətə “Halal” sertifikatı təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı tərəfindən “Zəhmət Ruzi” MMC-yə istehsal etdiyi kolbasa və sosiska məhsulları (“Tamdad”, “Ekonom”, “Payım” və “Ümid”) üzrə “Halal” uyğunluq sertifikatı təqdim olunub.

Uyğunluğun qiymətləndirilməsi prosesində texniki ekspertlərlə yanaşı, İslam dini məsələləri üzrə mütəxəssis də iştirak edir. Yekunda Qərarvermə Komissiyasının müvafiq qərarı əsasında müraciətçiyə “Halal” uyğunluq sertifikatı təqdim olunur.

Qeyd edək ki, “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olunub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirilib.

Exit mobile version