Türkiyədə Diyanet İşləri Başqanı dəyişdi

Az.shafaqna.com xəbər verir ki, Türkiyənin  Rəsmi Qəzetində yayımlanan ölkə Prezidentinin qərarına əsasən, səlahiyyət müddəti başa çatan Diyanet İşləri Başqanı Əli Erbaş vəzifədən ayrılıb.

Onun yerinə İstanbul İl Müftüsü Prof. Dr. Safi Arpaguş təyin olunub. Əli Erbaş 2017-ci ildən bəri Diyanet İşləri Başqanı vəzifəsini icra edirdi.

Yeni başqan Safi Arpaguş 1967-ci ildə Amasyada anadan olub. 1990-cı ildə Marmara Universiteti İlahiyyat Fakültəsini bitirib. 2011–2021-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışıb. 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə İstanbul İl Müftüsü təyin olunan Arpaguş, uzun illər Marmara Universitetində İlahiyyat Fakültəsinin Təsəvvüf bölməsində müəllim kimi fəaliyyət göstərib.

Exit mobile version