İslam dünyasıXəbərlər
Qüdsdəki fələstinlilər yoxsulluq şəraitində yaşayırlar – İƏT

Qüdsdəki fələstinlilərin azı 78 faizi və ya təxminən 350 min nəfər yoxsulluq şəraitində yaşayır.
İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlığı Təşkilatından (İƏT) məlumat verilib.
“Qüds sakinləri işədüzəlmə perspektivlərinin yoxluğundan, başlı-başına buraxılan və zəif təhsil sistemindən, iqtisadi və maddi-texniki infrastruktur çatışmazlığından əziyyət çəkirlər”, – deyə qeyd edilib.
Bildirilir ki, “Qüds şəhərinin ərəb xəstəxanalarının üzləşdiyi boğucu maliyyə böhranı” göstəriciləri 2020-ci ildə pandemiya səbəbi ilə daha da pisləşib.