Dünyanın ən böyük müsəlman ölkəsi paytaxtını dəyişir

İndoneziya hakimiyyəti paytaxtın Cakarta şəhərindən Nusantaru şəhərinə köçürülməsi prosesini 2028-ci ildə başa çatdırmağı planlaşdırır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının başçısı Muhəmməd Kodari məlumat verib.

“(Orada hələ) yalnız prezident sarayı var, qanunverici və məhkəmə institutları isə (hələ) hazır deyil. (Bunlar) hökumət necə effektiv şəkildə fəaliyyət göstərə bilər? Hakimiyyətin bütün üç təməli Nusantaruda təmsil olunmalıdır”, – deyə o qeyd edib.

Kodari deyib ki, İndoneziya prezident Prabovo Subiantonun göstərişinə uyğun olaraq, bütün zəruri dövlət institutların binalarının inşası 2028-ci il üçün başa çatdırılacaq.

“Bu, (yeni) paytaxta həqiqətən də dövlət hakimiyyətinin mərkəzinin standartlarına müvafiq gəlməyə imkan verəcək”, – deyə o əlavə edib.

Xatırladaq ki, 2014-2024-cü illərdə prezident olmuş Coko Vidodo 2019-cu ildə paytaxtın dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Əvvəlcə planlaşdırılırdı ki, Kalimantan adasındakı meqapolis 2024-cü ildə hazır olacaq. Bu məqsədlər üçün büdcədən təxminən 32 milyard dllar ayrılmışdı, lakin koronavirus pandemiyasına görə layihənin reallaşdırılması dayandırılmışdı.

2022-ci ilin yanvar ayında Vidodo elan etdi ki, yeni paytaxtın adı Nusantara (tərcümədə “arxipelaq” deməkdir) olacaq.

Qeyd edək ki, 283,5 milyon əhalisi olan İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.

Exit mobile version