İslam suallarda

Quranın vacib səcdə ayələrinin tərcüməsini də oxuduqda və eşitdikdə səcdə etmək lazımdır? Bu ayələri radioda və ya kompüter proqramında eşitdikdə səcdə lazımdırmı?

Oxucu sual verir

Qurani-Kərimin dörd ayəsi vardır ki, onları oxuyan və dinləyən şəxs mütləq alnını yerə qoyub səcdə etməlidir. Həmin ayələr bunlardır: Ələq 19, Səcdə 15, Fussilət 37 və Nəcm 62. Bu səcdəni yerinə yetirmək üçün dəstəmaz almaq, xüsusi zikr söyləmək tələb edilmir. Müstəhəb zikr risalədə qeyd edilsə də, istənilən zikri söyləyə bilər və hətta zikrsiz də səcdə edə bilər.

Əgər insan bu dörd ayəni qeyri-ixtiyari olaraq dinləsə, səcdə etməsi daha yaxşıdır, amma vacib deyil.
Səcdə ayələrinin canlı oxunması şərtdir. Əgər insan səcdə ayələrini diskdən, kompüter proqramından, televizorda canlı yayım olmayan verilişdən eşitsə, səcdə etmək lazım deyil. Amma əgər insan bu ayələrin radioda və ya televiziyada canlı oxunduğunu bilsə, dinlədiyi zaman səcdə etməlidir. Ayələrin tərcüməsi orijinalla eyni hökmə malik deyil və tərcüməni dinləyərkən səcdə etmək tələb olunmur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button