İslam dünyasıXəbərlər

Əskəriyyə Ziyarətgahında zəvvarlara pulsuz tibbi xidmət

İraqda Əskəriyyə Ziyarətgahının baş katibi, doktor Nafic Cəmilinin göstərişi ilə tibbi düşərgə fəaliyyətə başlayıb.

Düşərgə, Ziyarətgahın Tibbi Xidmətlər Şöbəsi tərəfindən “Ətuf” beynəlxalq təşkilatı ilə birgə Həzrət Nərcis (s.ə.) Hüseyniyyəsində təşkil edilib. Məqsəd zəvvarlar və ziyarətgah xadimlərinə tibbi və müalicəvi xidmətlər göstərməkdir.

Üç gün davam edəcək tədbir çərçivəsində müxtəlif ixtisaslaşmış tibbi xidmətlər təqdim olunur. Buraya stomatologiya, oftalmologiya (göz xəstəlikləri) və psixoloji reabilitasiya üzrə ixtisaslaşmış həkimlərin qəbul və müalicə seansları daxildir.

Həkim heyəti ziyarətçilərə müxtəlif növ diş müalicələri, müasir avadanlıqlarla görmə müayinəsi, eyni zamanda eynəklərin verilməsi kimi xidmətlər göstərir. Bununla yanaşı, iştirakçılar üçün*psixoloji dəstək sessiyaları və sağlamlıq maarifləndirilməsi üzrə təlimlər də keçirilir.

Daha çox göstər
Back to top button