İslam suallardaİslamın əsasları

Deyirlər ki, “Coca Cola” sözünə tərsinə baxanda İslam dinini təhqir edən cümlə oxunur, ona görə bu firmanın məhsullarından istifadə etmək olmaz. Bu fikir doğrudurmu?

Həqiqətən camaat içində belə bir söz gəzir ki, “Coca Cola” sözünə tərsinə (arxa tərəfdən) baxanda ərəb dilində “la Muhəmməd, la Məkkə”, yəni “yoxdur Muhəmməd, yoxdur Məkkə” cümləsi oxunur. Əvvəla, “Coca Cola” sözünün tərsinə oxunuşu bu ifadəyə müəyyən qədər oxşayır, amma bunlar arasında tam eynilik olduğunu söyləmək olmaz. İkincisi, “Coca Cola” uzun müddət bundan əvvəl yaradılmış məşhur firmadır. Nə onun yaradıcıları, nə də başqa hər hansı mötəbər mənbə firmanın müsəlmanlarla düşmənçilik məqsədilə yaradıldığını və İslamı təhqir etməyi qarşısına məqsəd qoyduğunu göstərmir. Ümumiyyətlə, dinimiz bu cür qeyri-dəqiq, səthi və əsassız yanaşmaları qəbul etmir. Məsələyə bu cür baxsaq, istənilən ad və yazını müəyyən məqsədlərə uyğunlaşdırmaq olar. Bu cür səthi yanaşmalara əsaslanmaq sağlam məntiqə ziddir.

Daha çox göstər
Back to top button