Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Məryəm Ana” katolik kilsəsi, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və Dağ yəhudiləri sinaqoqunda olublar.
Hər üç ibadət yerinin ziyarəti ölkəmizin dini müxtəlifliyinin öyrənilməsi çərçivəsində təşkil olunub.
Tələbələrə ziyarət zamanı dinlərin inanc əsasları və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərin nümayəndələrinin birlikdəyaşama təcrübəsi haqqında məlumat verilib.
Xatırladaq ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər, səfərlər və müsabiqələr təşkil edir.
