İslam suallarda

Uşaq bağçası, məktəb və ya hər hansı şirkətə məxsus əmlakdan – ərzaq, yemək, dəftərxana ləvazimatı və s. – evə gətirmək olarmı? Bəzən müdiriyyətin bundan xəbəri olmur, bəzən isə olur və göz yumur.

Dövlət idarələrinin əmlakı dövlətə məxsusdur və təyinatı üzrə istifadə edilmək üçün nəzərdə tutulub. Bağça və məktəblərdəki yemək, ərzaq və s. oradakı uşaqların payıdır. Həmin payı mənimsəməklə uşaqların haqqına girmiş və dövlətdən oğurluq etmiş olursunuz. Bu, günahdır və qanunla da qadağandır. Müdiriyyətin bundan xəbərdar olmasının və göz yummasının, qalan işçilərin də bu cür davranmasının heç bir fərqi yoxdur.

Əgər şirkət şəxsidirsə, yəni müəyyən şəxsə məxsusdursa və oradakı əmlak da onun malıdırsa, bu halda mal sahibinə demədən icazəsiz nə isə götürmək də oğurluq və haqqa girmək sayılır. Bunu etmiş adam günah qazanır, oğurladığı əmlakı yerinə qoymalı və mal sahibindən halallıq almalıdır.

Daha çox göstər
Back to top button