Hicrətin 10-cu ili Rəcəb ayının 18-ci günü (yanvarın 8-i) Peyğəmbərin (s) övladı İbrahim 1-il 10-aylığında vəfat etdi və Bəqi qəbristanlığında dəfn olundu.
İbn Şəhraşub (Allah ona rəhmət eləsin) ibn Abbasdan rəvayət edir ki, bir gün Peğəmbər (s) sağ dizinin üstündə imam Hüseyni (ə), sol dizinin üstündə də oğlu İbrahimi otuzdurmuşdu. Bir dəfə imam Hüseyni (ə), bir dəfə də İbrahimi öpürdü. Bu zaman Cəbrail (ə) nazil oldu və dedi: “Ey Mühəmməd (s)! Allahın sənə salam göndərir və buyurur: bu iki uşağın hər ikisi sənin üçün qalmayacaq, onlardan birini o birinə qurban ver!”
Peyğəmbər (s) İbrahimin üzünə baxıb ağladı və sonra İmam Hüseynin (ə) üzünə baxıb göz yaşı axıdaraq belə buyurdu: “İbrahimin anası Mariyədir. Onun ölümünə məndən başqa kimsə kədərlənməz, amma Hüseynin (ə) anası Fatimə (s.ə), atası əmim oğlu Əlidir (ə) – mənimlə ət və qan kimidir. Əgər Hüseyn getsə, məndən başqa qızım və əmim oğlu da kədərlənəcək. Mən öz kədərimi onların kədərindən üstün tuturam. Ey Cəbrail! İbrahimi Hüseynə (ə) fəda etdim”.
Bu hadisədən üç gün sonra İbrahimin ruhu Cənnətə tərəf qanad açdı və Peyğəmbər (s) onun qəmindən dağlanaraq kədərləndi. (Mənaqibi ali Əbi Talib; c.3, s.234).
Az.shafaqna.com
