AktualMəqalələrMüqəddəs aylarRəcəbXəbərlər

Məbəs gecəsinin müstəhəb əməlləri

Məbəs gecəsinin (bu il yanvarın 16-dan 17-nə keçən gecə) müstəhəb əməlləri bunlardan ibarətdir:

Qüsl almaq.

İmam Əlini (ə) ziyarət etmək (Nəcəfdə olmayanlar evdən də ziyarətnamə oxuya bilərlər).

İşa namazını bitirdikdən sonra, gecə yarısına kimi müddətdə 12 rükət namaz qılmaq. Bu, 6 ədəd ikirükətlik namaz şəklində qılınır. Hər rükətdə “Fatihə” və bir qısa surə oxunur. Namazı bitirdikdən sonra “Fatihə”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, “Qədr” surələrini və ayətül-kürsini 7 dəfə oxumaq lazımdır.

Bundan sonra isə aşağıdakı dua oxunur:

“Əlhəmdu lillahil-ləzi ləm yəttəxiz vələda. Və ləm yəkun ləhu şərikun fil-mülk. Və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbərhu təkbira. Allahummə inni əs’əlukə biməaqidi izzəkə əla ərkani ərşik. Və muntəhər-rəhməti min kitabik. Və bismikəl-ə’zəmil-ə’zəmil-ə’zəm. Və zikrikəl-ə’lal-ə’lal-ə’la. Və bikəlimatikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alih. Və ən təf’ələ bi ma əntə əhluh”.

Bu namaz insanın 60 illik ibadətinə bərabər tutulur.

Daha çox göstər
Back to top button