Əti yeyilən heyvanların ifrazatı nəcis sayılırmı?

İslam şəriətinə görə, insanın və qanı sıçrayaraq çıxan, əti haram olan heyvanların ifrazatı murdar sayılır. Məsələn, ovlanan və əti yeyilməsi qadağan olan heyvanlar (canavar, ayı, tülkü), eləcə də it, pişik kimi ev heyvanları bura aiddir. Onların ifrazatı (sidiyi və nəcasəti) hara dəysə, pak edilməlidir.

Amma əti yeyilən heyvanların ifrazatı nəcis hökmündə deyil. Məsələn, qoyun, keçi, inək, dəvə, ev quşları bura aiddir. Ovlanan və əti yeyilən canlılar (ceyran, ov quşları və s.) da həmçinin bura daxildir. Diqqət yetirmək lazımdır ki, burada heyvanların ifrazatının təmiz sayıldığı nəzərdə tutulmur. Şəriətə görə təmizlik və paklıq fərqli anlayışlardır. Ev heyvanlarının ifrazatına bulaşmış əşyalar və yerlər təbii ki, yuyulmalı və təmizlənməlidir. Amma onları yuduqdan sonra pak etmək lazım deyil. Bu halda ayaqqabının da altını pak etmək tələb olunmur, onu silmək və ya yumaq kifayətdir.

Exit mobile version