İslam dünyasıXəbərlər
Talibanın ailə üzvləri Pakistanda yaşayır – Nazir
Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd Talibanın ailələrinin paytaxt İslamabad ətrafındakı bəzi şəhərlərdə yaşadığını bildirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, nazir paytaxt İslamabad ətrafındakı bəzi şəhərlərin adlarını sadalayaraq, “Talibanın ailələri burada, Pakistanda yaşayır” deyib.
Nazir “Geo News” televiziya kanalına verdiyi müsahibədə ölən Taliban üzvlərinin bəzən Pakistana gətirildiyini və yaralıların Pakistan xəstəxanalarında müalicə edildiyini etiraf edib.
R. Əhməd İslamabad ətrafındakı Ravat, Loi Ber, Bara Kahuh və Tarnol şəhərlərinin adlarını sadalayaraq, “Taliban ailələri burada, Pakistanda yaşayır” deyib.