İslam dünyasıXəbərlər

“Taliban”: Pakistana “uyğun vaxtda” cavab verəcəyik

Az.shafaqna.com-un verdiyi xəbərə görə, “Taliban” hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib.

“Taliban” administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.

Kabildəki “Taliban” nümayəndələri İslamabadın zərbələrinin “Təhriki Taliban” (Pakistan Talibanı Hərəkatı) hərəkatının bazalarına yönəldilməsi barədə bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində son hava əməliyyatı zamanı dini məktəb vurulub.

Bu arada, Pakistanın informasiya naziri zərbələrin Əfqanıstan sərhədi yaxınlığında “Təhriki Taliban” və İŞİD-in sığınacaqlarına endirildiyini bəyan edib.

Daha çox göstər
Back to top button