İslam suallarda

İslam müqəddəslərinin adlarına “əbd” və ya “qulu” hissəciyini artıraraq insanlara bu adı vermək günahdırmı?

Oxucu sual verir

İslam dininə görə, ən gözəl adlar Allahın adlarına “əbd” kəlməsini artıqmaqla yaranan adlar (məsələn, Abdullah, Əbdürrəhman, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir və s.), eləcə də, müqəddəs şəxslərin (peyğəmbər və imamların, imam övladlarının) adlarıdır. Bununla belə, insanların sevgi üzündən müqəddəs şəxslərin adlarına “əbd” və ya “qulu” kəlmələrini əlavə etmələrində də günah yoxdur. Tarixən, istər Azərbaycanda, istərsə də bəzi qonşu ölkələrdə “Əbdünnəbi”, “Əbdürrəsul”, “İmam qulu”, “Rzaqulu”, “Əbdüləli”, “Əbdülhəsən”, “Hüseynqulu” kimi adlar insanlara qoyulub. O dövrün böyük din xadimləri bu hallara etiraz etməyiblər və insanları bu işdən çəkindirməyiblər. Əlbəttə, qeyd edirik ki, bu hallarda “əbd” və “qul” kəlmələri insanın Allaha münasibətdə bəndəliyi kimi deyil, hörmət və itaət mənasında qəbul olunmalıdır. Bəzi radikal düşüncəli şəxslər bu adlarda Allaha şərik qoşmaq və küfr əlamətləri axtarsalar da, səhvə yol verirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button