İslam dünyasıXəbərlər

Səudiyyə 15 yaşadək uşaqları Həccə buraxmayacaq

Səudiyyə Ərəbistanı 15 yaşından kiçik heç bir zəvvarı Həcc ziyarətinə buraxmayacaq.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, bu barədə krallığın Həcc və Ümrə Nazirliyi məlumat verib.

Qeyd edilib ki, 15 yaşdan aşağı olan heç bir zəvvar namizəd qəbul edilməyəcək.

Bu qərar müxtəlif ölkələrdən olan zəvvar namizədlərinin üç həftə davam edəcək Həcc ibadətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına daxil olmasına baxmayaraq qəbul edilib.

Səudiyyə Ərəbistanı qəfil qərarla 15 yaşdan aşağı zəvvar namizədlərinin ölkəyə girişini dayandırıb. Səudiyyə rəsmiləri bildiriblər ki, bu şəxslərə verilən vizalar 5 may tarixindən etibarən etibarsız sayılır və onlar ölkəyə daxil olmağa cəhd etdikləri halda hava limanında geri qaytarılacaqlar.

Səudiyyə Ərəbistanı yaş məhdudiyyətini yalnız əcnəbilərə tətbiq edib. Ölkə vətəndaşları bu məhdudiyyətdən azad olunublar.

Daha çox göstər
Back to top button