Dini məsələlərdə süni intellektin verdiyi cavablara etimad etmək olarmı?

İslam dini dərin araşdırmalar sonunda, dəlil-sübutlarla əldə edilən nəticələri mötəbər sayır və bunlara inanmağı tövsiyə edir. Dini məsələlər çox həssas mövzudur, insanın axirəti, eləcə də dünyası bundan asılıdır. Əgər insan dini məsələləri düzgün öyrənməsə və səhv şəkildə yerinə yetirsə, hər iki dünyada buna görə Allah qarşısında cavab verəcək. Süni intellekt real araşdırma və dini əsaslandırma (istinbat) qaydalarına əsaslanmır. Süni intellektin gəldiyi nəticələrə görə heç bir şəxs məsuliyyət daşımır, bu nəticələr heç bir real din xadiminin fikrini əks etdirmir. Süni intellektin dini suallara cavab verərkən əsaslandığı mənbələr, apardığı müqayisələr, informasiyanın təhlili nəticəsində gəldiyi nəticə məhduddur. Buna görə də dini sualların cavabını süni intellektə həvalə etmək düzgün deyil. Süni intellekt müəyyən mövzuların araşdırılması zamanı mövcud informasiyanın toplanması baxımından faydalı ola bilər, amma bu zaman da onun verdiyi məlumatlar yoxlanılmalıdır.

Exit mobile version